Город Баку, 8 мкр,
Ибрагимпаша Дадашова, ул. 74V.
(Близость к метро Азадлыг)
(+994 12) 563 09 09
(+994 12) 563 20 20
(+994 70) 892 07 07
BEYNƏLXALQ LİDERLİK MÜSABİQƏSİ
BEYNƏLXALQ MÜSABİQƏ HAQQINDA
Anadolu Universiteti Azərbaycan Proqramları 30 iyul Beynəlxalq Dostluq Gününə həsr olunmuş müvafiq dörd nominasiya üzrə Beynəlxalq Liderlik Müsabiqəsini təşkil etmişdir: Qlobal Liderlik və İdarəçilik, Lider İş Adamı, Sülh Lideri və İnnovasiyalar Üzrə Liderlik.
Beynəlxalq Dostluq Gününün dəyərlərinə uyğun olaraq, Anadolu Universitetinin müsabiqəsi sivilizasiyalararası dialoqu, həmrəyliyi, qarşılıqlı anlaşmanı və uzlaşmanı təşviq edən liderliyi qeyd etmək və təşviq etmək məqsədi daşıyır. Müsabiqədə qiymətləndirilən idarəçilik, biznes və sahibkarlıq, innovasiya fəaliyyətləri, həmçinin, beynəlxalq əlaqələr və diplomatiya sahələrində sülh təşəbbüsləri üzrə liderlik nominasiyaların kriteriyaları Beynəlxalq Dostluq Gününün təşviq etdiyi idealları əks etdirmək üçün diqqətlə müəyyənləşdirilmişdir.
Hər bir nominasiya üzrə mükafatlar Anadolu Universiteti Azərbaycan Proqramlarının Mükafatlandırma Komitəsi tərəfindən öz sahələrində görkəmli töhfələr və liderlik nümayiş etdirmiş peşəkarlara təqdim olunur. Universitetin bu təşəbbüsü nəinki Beynəlxalq Dostluq Gününün ruhunu şərəfləndirir, həm də sülh və qarşılıqlı uzlaşma mədəniyyətinin təşviqi ilə əlaqədar qlobal səylərə töhfə vermiş olur.
Müvafiq kateqoriyalar üzrə mükafatlar Anadolu Universiteti Azərbaycan Proqramları Mükafatlandırma Komitəsi tərəfindən qeyd olunan sahə və fəaliyyətlər üzrə müstəsna töhfələr vermiş şəxlərə təqdim olunur.
Mükafatlar
Qlobal Liderlik və İdarəçilik
Qlobal Liderlik və İdarəçilik Mükafatı Anadolu Universiteti tərəfindən fərdi nailiyyətlərə görə təqdim olunan xüsusi əhəmiyyətli ali mükafatdır. Bu mükafat Liderlik və İdarəçilik sahələri üzrə üstün xidmətləri ilə seçilən və beynəlxalq səviyyədə əhəmiyyətli və müstəsna töhfələr bəxş etmiş nümunəvi liderliyi qiymətləndirmək məqsədilə təltif olunur.
Lider Iş Adamı Mükafatı Anadolu Universiteti tərəfindən fərdi nailiyyətlərə görə təqdim olunan xüsusi əhəmiyyətli ali mükafatdır. Bu mükafat Biznes və Sahibkarlıq sahəsinin inkişafında üstün xidmətləri ilə seçilən və beynəlxalq səviyyədə əhəmiyyətli və müstəsna töhfələr bəxş etmiş nümunəvi liderliyi qiymətləndirmək məqsədilə təltif olunur.
Sülh Lideri Mükafatı Anadolu Universiteti tərəfindən fərdi nailiyyətlərə görə təqdim olunan xüsusi əhəmiyyətli ali mükafatdır. Bu mükafat Beynəlxalq Əlaqələr və Diplomatiya sahələrində sülhün təşfiqində üstün xidmətləri ilə seçilən və beynəlxalq səviyyədə əhəmiyyətli və müstəsna töhfələr bəxş etmiş nümunəvi liderliyi qiymətləndirmək məqsədilə təltif olunur.
İnnovasiyalar Üzrə Liderlik Mükafatı Anadolu Universiteti tərəfindən fərdi nailiyyətlərə görə təqdim olunan xüsusi əhəmiyyətli ali mükafatdır. Bu mükafat ali təhsil və sənaye müəssisələrində innovasiyaların təşviqində üstün xidmətləri ilə seçilən və beynəlxalq səviyyədə əhəmiyyətli və müstəsna töhfələr bəxş etmiş liderliyi qiymətləndirmək məqsədilə təltif olunur.
Qlobal Liderlik və İdarəçilik
Mükafat haqqında
Qlobal Liderlik və İdarəçilik Mükafatı Anadolu Universiteti tərəfindən fərdi nailiyyətlərə görə təqdim olunan xüsusi əhəmiyyətli ali mükafatdır. Bu mükafat Liderlik və İdarəçilk sahələri üzrə üstün xidmətləri ilə seçilən və beynəlxalq səviyyədə əhəmiyyətli və müstəsna töhfələr bəxş etmiş nümunəvi liderliyi qiymətləndirmək məqsədilə təltif olunur.
Mükafatın təqdim edilməsi Anadolu Universitesi Mükafatlandırma Komitəsinin (Komitə) ixtiyarındadır. Komitə hər hansı bir ildə bir mükafat, birdən çox mükafat təqdim etməsini və ya heç etməməsini qərara ala bilər. Ümumiyyətlə, Anadolu Universitetinin mükafatlarının ölümdən sonra verilməsi nəzərdə tutulmayıb.
Namizədlik Tələbləri
Anadolu Universiteti liderlik və idarəçilik sahəsində uğur qazanmış və Anadolu Universitetinə töhfə vermiş mütəxəssisləri və peşəkarları Qlobal Liderlik və İdarəçilik Mükafatına namizəd göstərə bilər. Müsabiqədə öz namizədliyini irəli sürmək qəbul edilmir. Namizədin nailiyyətlərini kifayət qədər təfərrüatlı şəkildə ümumiləşdirmək namizədliyi irəli sürənlərin məsuliyyətidir.
Namizədliklər əlavə araşdırma tələb etmədən seçim prosesini məlumatlandırmaq üçün kifayət qədər məlumatı ehtiva etməlidir. Tam namizədliklərə namizədin tərcümeyi-halı və peşəkar xülasəsi daxil edilməlidir. Peşəkar xülasə və ya tərcümeyi-hal Komitəyə namizədin nailiyyətləri və təcrübələri haqqında daha geniş icmal təqdim etsə də, bu, aşağıda sadalanan tələb olunan məlumatların heç birini əvəz etmir. İlkin namizədlik ərizələrini nəzərdən keçirdikdən sonra Komitə baxılması üçün namizədlərin qiymətləndirilməsinə kömək etmək üçün arayış məktubları tələb edə bilər.
Mükafatlandırma Komitəsi liderlik mükafatına namizədləri aşağıdakı tələb olunan meyarlara əsasən nəzərdən keçirir:
-
Çalışdıqları qurum və ya təşkilatlarda liderlik;
-
Anadolu Universitetində Liderlik və İdarəçilik fəaliyyələri və layihələri üzrə liderlik;
-
Liderlik və İdarəçilik sahəsi üzrə ixtisaslaşmış beynəlxalq assosiasiya, peşəkar qurum, birlik və ya icmada üzvlük.
Komitə həmçinin aşağıdakıları təsdiq edən sübutları nəzərdən keçirir:
-
Beynəlxalq səviyyədə tanınan təşkilat və ya qurum daxilində insan kapitalı, maliyyə resursları, əməliyyatların və proseslərin idarə edilməsində və bizneslərin inkişaf etdirilməsində liderlik;
-
Liderlik və idarəçilik nəzəriyyəsi və praktikasında biliklərin araşdırılması, yaradılması, həmçinin, müvafiq biliklərin təlim-tədrisi və mübadiləsində liderlik;
-
Məqsədlər, proseslər və nəticələr daxil olmaqla liderlik və idarəçilik fəaliyyətlərinin hərtərəfli icmalı;
-
Namizədin liderliyinin və idarəçilik layihələrində iştirakının sübutu;
-
Namizədin liderlik və idarəçilik sahələri üzrə töhfələrini təsdiq edən həmkarların, icma üzvlərinin və ya tərəfdaşların bəyanatları;
-
Namizədin liderlik və idarəçilik fəaliyyətlərini təsdiqləyən hər hansı əlavə sənədlər, məsələn, layihə hesabatları, və ya mediada işıqlandırmalar.
Təlimat və Uyğunluq
Anadolu Universitetinin mükafatının nadir şəkildə təqdim edilən beynəlxalq səviyyədə mükafat qismində təqdim olunması nəzərdə tutulur. Heç bir fərdi mükafat (komanda mükafatlarından fərqli olaraq) eyni şəxsə bir dəfədən çox verilə bilməz. Qlobal Liderlik və İdarəçilik Mükafatı kateqoriyası üzrə nominasiyaya üstünlük əvvəllər bu mükafata layiq olmamış namizədlərə veriləcək. Bu kateqoriya üzrə mükafatlar yalnız fərdlər üçün nəzərdə tutulub.
-
Namizədlər liderlik və idarəetmə sahəsi üzrə beynəlxalq təcrübəsi olan və müvafiq sahə üzrə fəaliyyət göstərən, liderlik və idarəçilik sahəsinə əhəmiyyətli və nümayiş etdirilə bilən töhfələr vermiş şəxslər olmalıdırlar.
-
Namizədlər hal-hazırda Anadolu Universitetinin İdarə Heyətində və Mükafatlandırma Komitəsində fəaliyyət göstərə bilməzlər.
-
Ali təhsil fəaliyyəti daxilində və ondan kənar hər kəs mükafata namizəd ola bilər.
Təqdim Olunma
-
Mükafat sahibləri Anadolu Universitetinin internet saytındakı mükafat qalereyasına əlavə olunur.
-
Mükafatçı həmçinin müstəsna nailiyyətlərinin etirafı olaraq Anadolu Universiteti tərəfindən təqdim olunan Sertifikat və Trofey əldə edəcəkdir.
-
Mükafatçı Andodolu Universitinin 2025-ci il Məzun Günündə fəxri qonaq qismində çıxış etmək üçün məzuniyyət törəninə dəvət olunur. Mükafatçının məzuniyyət törənində iştirakı üçün bütün qonaqlama və səyahət xərcləri Anadolu Universiteti tərəfindən qarşılanacaq.
Mükafatçılar
Beynəlxalq Liderlik Müsabiqəsinin Qlobal Liderlik və İdarəçilik nominasiyası üzrə qalibi
Lider İş Adamı Mükafatı
Mükafat haqqında
Lider İş Adamı Mükafatı Anadolu Universiteti tərəfindən fərdi nailiyyətlərə görə təqdim olunan xüsusi əhəmiyyətli ali mükafatdır. Bu mükafat Biznes və Sahibkarlıq sahəsinin inkişafında üstün xidmətləri ilə seçilən və beynəlxalq səviyyədə əhəmiyyətli və müstəsna töhfələr bəxş etmiş nümunəvi liderliyi qiymətləndirmək məqsədilə təltif olunur.
Mükafatın təqdim edilməsi Anadolu Universitesi Azərbaycan Proqramları Mükafatlandırma Komitəsinin (Komitə) ixtiyarındadır. Komitə hər hansı bir ildə bir mükafat, birdən çox mükafat təqdim etməsini və ya heç etməməsini qərara ala bilər. Ümumiyyətlə, Anadolu Universitetinin mükafatlarının ölümdən sonra verilməsi nəzərdə tutulmayıb.
Namizədlik Tələbləri
Anadolu Universiteti biznes və sahibkarlıq sahələrində uğur qazanmış və Anadolu Universitetinə töhfə vermiş peşəkarları Lider İş Adamı Mükafatına namizəd göstərə bilər. Müsabiqədə öz namizədliyini irəli sürmək qəbul edilmir. Namizədin nailiyyətlərini kifayət qədər təfərrüatlı şəkildə ümumiləşdirmək namizədliyi irəli sürənlərin məsuliyyətidir.
Namizədliklər əlavə araşdırma tələb etmədən seçim prosesini məlumatlandırmaq üçün kifayət qədər məlumatı ehtiva etməlidir. Tam namizədliklərə namizədin tərcümeyi-halı və peşəkar xülasəsi daxil edilməlidir. Peşəkar xülasə və ya tərcümeyi-hal Komitəyə namizədin nailiyyətləri və təcrübələri haqqında daha geniş icmal təqdim etsə də, bu, aşağıda sadalanan tələb olunan məlumatların heç birini əvəz etmir. İlkin namizədlik ərizələrini nəzərdən keçirdikdən sonra Komitə baxılması üçün namizədlərin qiymətləndirilməsinə kömək etmək üçün arayış məktubları tələb edə bilər.
Mükafatlandırma Komitəsi liderlik mükafatına namizədləri aşağıdakı tələb olunan meyarlara əsasən nəzərdən keçirir:
-
Çalışdıqları qurum və ya təşkilatlarda liderlik;
-
Anadolu Universitetində Biznes və Sahibkarlıq fəaliyyətləri və layihələri üzrə liderlik;
-
Biznes və Sahibkarlıq faəliyyəti üzrə ixtisaslaşmış beynəlxalq assosiasiya, peşəkar qurum, birlik və ya icmada üzvlük.
Komitə həmçinin aşağıdakıları təsdiq edən sübutları nəzərdən keçirir:
-
Beynəlxalq səviyyədə tanınan biznes qurumu və təşkilatlarında liderlik;
-
Biznes və sahibkarlıq fəaliyyəti üzrə nəzəri və praktiki biliklərin araşdırılması, yaradılması, həmçinin, müvafiq biliklərin təlim-tədrisi və mübadiləsində liderlik;
-
Məqsədlər, proseslər və nəticələr daxil olmaqla biznes və sahibkarlıq fəaliyyətinin hərtərəfli icmalı;
-
Namizədin liderliyinin və biznes və sahibkarlıq layihələrində iştirakının sübutu;
-
Namizədin töhfələrini təsdiq edən həmkarların, icma üzvlərinin və ya tərəfdaşların bəyanatları;
-
Namizədin biznes və sahiblarlıq fəaliyyəti üzrə liderliyini və töhfələrini təsdiqləyən hər hansı əlavə sənədlər, məsələn, layihə hesabatları, və ya mediadan çıxarışlar.
Təlimat və Uyğunluq
Anadolu Universitetinin mükafatının nadir şəkildə təqdim edilən beynəlxalq səviyyədə mükafat qismində təqdim olunması nəzərdə tutulur. Heç bir fərdi mükafat (komanda mükafatlarından fərqli olaraq) eyni şəxsə bir dəfədən çox verilə bilməz. Lider İş Adamı Mükafatı kateqoriyası üzrə nominasiyaya üstünlük əvvəllər bu mükafata layiq olmamış namizədlərə veriləcək. Bu kateqoriya üzrə mükafatlar yalnız fərdlər üçün nəzərdə tutulub.
-
Namizədlər Biznes və Sahibkarlıq sahəsi üzrə beynəlxalq təcrübəsi olan və Biznes və Sahibkarlıq sahəsinin inkişafına əhəmiyyətli və nümayiş etdirilə bilən töhfələr vermiş şəxslər olmalıdırlar.
-
Namizədlər hal-hazırda Anadolu Universitetinin İdarə Heyətində və Mükafatlandırma Komitəsində fəaliyyət göstərə bilməzlər.
-
Ali təhsil fəaliyyəti daxilində və ondan kənar hər kəs mükafata namizəd ola bilər.
Təqdim Olunma
-
Mükafat sahibləri Anadolu Universitetinin internet saytındakı mükafat qalereyasına əlavə olunur.
-
Mükafatçı həmçinin müstəsna nailiyyətlərinin etirafı olaraq Anadolu Universiteti tərəfindən təqdim olunan Sertifikat və Trofey əldə edəcəkdir.
-
Mükafatçı Andodolu Universitinin 2025-ci il Məzun Günündə fəxri qonaq qismində çıxış etmək üçün məzuniyyət törəninə dəvət olunur. Mükafatçının məzuniyyət törənində iştirakı üçün bütün qonaqlama və səyahət xərcləri Anadolu Universiteti tərəfindən qarşılanacaq.
Mükafatçılar
Beynəlxalq Liderlik Müsabiqəsinin Lider İş Adamı nominasiyası üzrə qalibi
Sülh Lideri Mükafatı
Mükafat haqqında
Sülh Lideri Mükafatı Anadolu Universiteti tərəfindən fərdi nailiyyətlərə görə təqdim olunan xüsusi əhəmiyyətli ali mükafatdır. Bu mükafat Beynəlxalq Əlaqələr və Diplomatiya sahələrində sülhün təşfiqində üstün xidmətləri ilə seçilən və beynəlxalq səviyyədə əhəmiyyətli və müstəsna töhfələr bəxş etmiş nümunəvi liderliyi qiymətləndirmək məqsədilə təltif olunur.
Mükafatın təqdim edilməsi Anadolu Universitesi Mükafatlandırma Komitəsinin (Komitə) ixtiyarındadır. Komitə hər hansı bir ildə bir mükafat, birdən çox mükafat təqdim etməsini və ya heç etməməsini qərara ala bilər. Ümumiyyətlə, Anadolu Universitetinin mükafatlarının ölümdən sonra verilməsi nəzərdə tutulmayıb.
Namizədlik Tələbləri
Anadolu Universiteti biznes və sahibkarlıq sahələrində uğur qazanmış və Anadolu Universitetinə töhfə vermiş peşəkarları Sülh Lideri Mükafatına namizəd göstərə bilər. Müsabiqədə öz namizədliyini irəli sürmək qəbul edilmir. Namizədin nailiyyətlərini kifayət qədər təfərrüatlı şəkildə ümumiləşdirmək namizədliyi irəli sürənlərin məsuliyyətidir.
Namizədliklər əlavə araşdırma tələb etmədən seçim prosesini məlumatlandırmaq üçün kifayət qədər məlumatı ehtiva etməlidir. Tam namizədliklərə namizədin tərcümeyi-halı və peşəkar xülasəsi daxil edilməlidir. Peşəkar xülasə və ya tərcümeyi-hal Komitəyə namizədin nailiyyətləri və təcrübələri haqqında daha geniş icmal təqdim etsə də, bu, aşağıda sadalanan tələb olunan məlumatların heç birini əvəz etmir. İlkin namizədlik ərizələrini nəzərdən keçirdikdən sonra Komitə baxılması üçün namizədlərin qiymətləndirilməsinə kömək etmək üçün arayış məktubları tələb edə bilər.
Mükafatlandırma Komitəsi liderlik mükafatına namizədləri aşağıdakı tələb olunan meyarlara əsasən nəzərdən keçirir:
-
Çalışdıqları qurum və ya təşkilatlarda liderlik;
-
Anadolu Universitetində Beynəlxalq Əlaqələr və Diplomatiya fəaliyyətləri və layihələri üzrə liderlik;
-
Beynəlxalq Əlaqələr və Diplomatiya faəliyyətləri üzrə ixtisaslaşmış beynəlxalq assosiasiya, peşəkar qurum, birlik və ya icmada üzvlük.
Komitə həmçinin aşağıdakıları təsdiq edən sübutları nəzərdən keçirir:
-
Beynəlxalq səviyyədə tanınan diplomatik, sülh və humanitar fəaliyyətlər göstərən qurum və təşkilatlarda liderlik;
-
Beynəlxalq Əlaqələr və Diplomatiya sahələrində sülhün təmin olunması üzrə nəzəri və praktiki biliklərin araşdırılması, yaradılması, həmçinin, müvafiq biliklərin təlim-tədrisi və mübadiləsində liderlik;
-
Məqsədlər, proseslər və nəticələr daxil olmaqla sülh təşəbbüslərinin hərtərəfli icmalı;
-
Namizədin liderliyinin və sülh layihələrində iştirakının sübutu;
-
Namizədin töhfələrini təsdiq edən həmkarların, icma üzvlərinin və ya tərəfdaşların bəyanatları;
-
Sülh təşəbbüslərini təsdiqləyən hər hansı əlavə sənədlər, məsələn, sülh razılaşmalarından çıxarışlar, mediada işıqlandırmalar.
Təlimat və Uyğunluq
Anadolu Universitetinin mükafatının nadir şəkildə təqdim edilən beynəlxalq səviyyədə mükafat qismində təqdim olunması nəzərdə tutulur. Heç bir fərdi mükafat (komanda mükafatlarından fərqli olaraq) eyni şəxsə bir dəfədən çox verilə bilməz. Sülh Lideri nominasiyası üzrə üstünlük əvvəllər bu mükafata layiq olmamış namizədlərə veriləcək. Bu kateqoriya üzrə mükafatlar yalnız fərdlər üçün nəzərdə tutulub.
-
Namizədlər Beynəlxalq Əlaqələr və Diplomatiya sahələri üzrə beynəlxalq təcrübəsi olan və müvafiq sahələr üzrə əhəmiyyətli və nümayiş etdirilə bilən töhfələr bəxş etmiş şəxslər olmalıdırlar.
-
Namizədlər hal-hazırda Anadolu Universitetinin İdarə Heyətində və Mükafatlandırma Komitəsində fəaliyyət göstərə bilməzlər.
-
Ali təhsil fəaliyyəti daxilində və ondan kənar hər kəs mükafata namizəd ola bilər.
Təqdim Olunma
-
Mükafat sahibləri Anadolu Universitetinin internet saytındakı mükafat qalereyasına əlavə olunur.
-
Mükafatçı həmçinin müstəsna nailiyyətlərinin etirafı olaraq Anadolu Universiteti tərəfindən təqdim olunan Sertifikat və Trofey əldə edəcəkdir.
-
Mükafatçı Andodolu Universitinin 2025-ci il Məzun Günündə fəxri qonaq qismində çıxış etmək üçün məzuniyyət törəninə dəvət olunur. Mükafatçının məzuniyyət törənində iştirakı üçün bütün qonaqlama və səyahət xərcləri Anadolu Universiteti tərəfindən qarşılanacaq.
Mükafatçılar
Beynəlxalq Liderlik Müsabiqəsinin Sülh Lideri nominasiyası üzrə qalibi
İnnovasiyalar Üzrə Liderlik Mükafatı
Mükafat haqqında
İnnovasiyalar Üzrə Liderlik Mükafatı Anadolu Universiteti tərəfindən fərdi nailiyyətlərə görə təqdim olunan xüsusi əhəmiyyətli ali mükafatdır. Bu mükafat ali təhsil və sənaye müəssisələrində innovasiyaların təşviqində üstün xidmətləri ilə seçilən və beynəlxalq səviyyədə əhəmiyyətli və müstəsna töhfələr bəxş etmiş liderliyi qiymətləndirmək məqsədilə təltif olunur.
Mükafatın təqdim edilməsi Anadolu Universitesi Mükafatlandırma Komitəsinin (Komitə) ixtiyarındadır. Komitə hər hansı bir ildə bir mükafat, birdən çox mükafat təqdim etməsini və ya heç etməməsini qərara ala bilər. Ümumiyyətlə, Anadolu Universitetinin mükafatlarının ölümdən sonra verilməsi nəzərdə tutulmayıb.
Namizədlik Tələbləri
Anadolu Universiteti innovativ fəaliyyət sahələri üzrə uğur qazanmış və Anadolu Universitetinə töhfə vermiş mütəxəssisləri müvafiq mükafat üzrə namizəd göstərə bilər. Müsabiqədə öz namizədliyini irəli sürmək qəbul edilmir. Namizədin nailiyyətlərini kifayət qədər təfərrüatlı şəkildə ümumiləşdirmək namizədliyi irəli sürənlərin məsuliyyətidir.
Namizədliklər əlavə araşdırma tələb etmədən seçim prosesini məlumatlandırmaq üçün kifayət qədər məlumatı ehtiva etməlidir. Tam namizədliklərə namizədin tərcümeyi-halı və peşəkar xülasəsi daxil edilməlidir. Peşəkar xülasə və ya tərcümeyi-hal Komitəyə namizədin nailiyyətləri və təcrübələri haqqında daha geniş icmal təqdim etsə də, bu, aşağıda sadalanan tələb olunan məlumatların heç birini əvəz etmir. İlkin namizədlik ərizələrini nəzərdən keçirdikdən sonra Komitə baxılması üçün namizədlərin qiymətləndirilməsinə kömək etmək üçün arayış məktubları tələb edə bilər.
Mükafatlandırma Komitəsi müvafiq kateqoriya üzrə liderlik mükafatına namizədləri aşağıdakı tələb olunan meyarlara əsasən nəzərdən keçirir:
-
Beynəlxalq səviyyədə tanınan, çalışdıqları qurum və ya təşkilatlarda innovasiyanın tətbiq edilməsi üzrə liderlik;
-
Anadolu Universitetində innovasiyanın tətbiqi üzrə təşəbbülərdə liderlik;
-
İnnovasiyanın və innovativ bilik və proseslərin idarəolunması üzrə ixtisaslaşmış beynəlxalq assosiasiya, peşəkar qurum, birlik və ya icmada üzvlük.
Komitə həmçinin aşağıdakıları təsdiq edən sübutları nəzərdən keçirir:
-
Məqsədlər, proseslər və nəticələr daxil olmaqla innovasiya təşəbbüsünün hərtərəfli icmalı;
-
İnnovasiya təşəbbüsünün idərəetmə proseslərinə təsirini nümayiş etdirən kəmiyyət və keyfiyyət məlumatları;
-
Namizədin liderliyinin və innovasiya layihəsində iştirakının sübutu;
-
Namizədin töhfələrini təsdiq edən həmkarların, icma üzvlərinin və ya tərəfdaşların bəyanatları;
-
İnnovasiya təşəbbüsünu təsdiqləyən hər hansı əlavə sənədlər, məsələn, layihə hesabatları, mediada işıqlandırma.
Təlimat və Uyğunluq
Anadolu Universitetinin mükafatının nadir şəkildə təqdim edilən beynəlxalq səviyyəli mükafat qismində tanınması nəzərdə tutulur. Heç bir fərdi mükafat (komanda mükafatlarından fərqli olaraq) eyni şəxsə bir dəfədən çox verilə bilməz. İnnovasiyalar Üzrə Liderlik kateqoriyası üzrə nominasiyasına üstünlük əvvəllər bu mükafatdan almamış namizədlərə veriləcək. Müvafiq kateqoriya üzrə həm fərdlər, həm də komandalar namizəd olmaq hüququna malikdirlər.
-
Namizədlər İnnovasiya sahəsi üzrə beynəlxalq təcrübəsi olan və müvafiq sahə üzrə fəaliyyət göstərən, müvafiq sahəyə əhəmiyyətli və nümayiş etdirilə bilən töhfələr bəxş etmiş şəxslər olmalıdırlar.
-
Namizədlər hal-hazırda Anadolu Universitetinin İdarə Heyətində və Mükafatlandırma Komitəsində fəaliyyət göstərə bilməzlər.
-
Ali təhsil fəaliyyəti daxilində və ondan kənar hər kəs mükafata namizəd ola bilər.
Təqdim Olunma
-
Mükafat sahibləri Anadolu Universitetinin internet saytındakı mükafat qalereyasına əlavə olunur.
-
Mükafatçı həmçinin müstəsna nailiyyətlərinin etirafı olaraq Anadolu Universiteti tərəfindən təqdim olunan Sertifikat və Trofey əldə edəcəkdir.
-
Mükafatçı Andodolu Universitinin 2025-ci il Məzun Günündə fəxri qonaq qismində çıxış etmək üçün məzuniyyət törəninə dəvət olunur. Mükafatçının məzuniyyət törənində iştirakı üçün bütün qonaqlama və səyahət xərcləri Anadolu Universiteti tərəfindən qarşılanacaq.
Mükafatçılar
Beynəlxalq Liderlik Müsabiqəsinin İnnovasiyalar Üzrə Liderlik nominasiyası üzrə qalibi
Anadolu Universiteti Azərbaycan Proqramları
Mükafatlandırma Komitəsi
Bu komitənin üzvləri Anadolu Universiteti Beynəlxalq Liderlik Müsabiqəsi üçün keyfiyyət standartlarını qorumaq vəzifəsini daşıyırlar. Komitə Beynəlxalq Dostluq Günü münasibətilə Beynəlxalq Liderlik Müsabiqəsinin təşkili və Qlobal Liderlik və İdarəçilik, Lider İş Adamı, Sülh Lideri və İnnovasiyalar Üzrə Liderlik nominasiyaları üzrə qaliblərin seçim prosesinin təşkili proseslərinin qurulmasını idarə edirlər.
Komitəni idarəçilik, iqtisadiyyat, biznes və sahibkarlıq, diplomatiya və xarici əlaqələr, təhsil və innovasiyalar sahələrində geniş təcrübəyə və dünya görüşünə sahib peşəkarlar və mütəxəssislər təşkil edir. Komitə sədri və komitənin üzvləri 4 il müddətinə təyin olunur.
Komitə barədə məlumatlar üzvlərimizə xidmət kimi təqdim olunur. Üzvlər və ya üzv olmayanlar tərəfindən kommersiya məqsədləri üçün istifadə edilməməlidir. Anadolu Universiteti Azərbaycan Proqramlarının Mükafatlandırma Komitəsi bu məlumatdan sui-istifadə edilməyəcəyinə inanaraq bu Komitə üzvləri barədə məlumata açıq çıxışı təmin edir. Əlçatanlığını məhdudlaşdırmamaq üçün bu məlumatdan düzgün istifadə etməkdə köməyinizə görə minnətdarıq. Bu məlumatın istifadəsi ilə bağlı hər hansı bir sual yaranarsa, info@anadolu.edu.az elektron poçt adresinə müraciət edə bilərsiniz.
Azər Hətəmov
Anadolu Universiteti
Azərbaycan Proqramlarının Koordinatoru
Azərbaycan Türkiyə İş Adamları Birliyi İdarə Heyətinin üzvü.
Bakı şəhəri, Azərbaycan Respublikası
Komitə sədri: 2024-2027
Prof. Dr. Rəsul Balayev
Azərbaycan Dövlət İqtisad Universitetinin
Rəqəmsal Texnologiyalar və Tətbiqi Informatika Kafedrasının professoru
Bakı şəhəri, Azərbaycan Respublikası
Komitə üzvü: 2024-2027
Kaya Karslı
İstanbul Reklam Market MMC Şirkətinin
Baş İcraçı Direktoru
İstanbul şəhəri, Türkiye Cumhuriyyeti
Komitə üzvü: 2024-2027
Dos. Dr. Yaşar Əhmədov
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Humanitar Fənlər Kafedrasının dosenti
Bakı şəhəri, Azərbaycan Respublikası
Komitə üzvü: 2024-2027
Gökhan Yılmaz
T.C. “Anadolu Vizyonu Kurs Destek ve Turizm Sanayi Anonim Şirketi”nin
Azərbaycan Respublikasındakı Nümayəndəliyinin müdürü
Bakı şəhəri, Azərbaycan Respublikası
Komitə üzvü: 2024-2027
Dos. Dr. Sinan Aydın
Anadolu Universiteti
Açıköğretim Fakültesinin (AÖF) dekan müavini
Eskişehir, Türkiye Cumhuriyyeti
Komitə üzvü: 2024-2027
Dr. Öğr. Üyesi Erdem Erdoğdu
Anadolu Universiteti Açıköğretim Fakültesinin (AOF) Mərkəz büro
müdiri (Yönetiçisi)
Eskişehir, Türkiye Cumhuriyeti
Komitə üzvü: 2024-2027
Qlobal Liderlik və İdarəçilik nominasiyasının qalibi
Samir Novruzov
Qlobal Liderlik və İdarəçilik Mükafatı Anadolu Universiteti tərəfindən fərdi nailiyyətlərə görə təqdim olunan ən ali mükafatdır. Bu mükafat Liderlik və İdarəçilk sahələri üzrə üstün xidmətləri ilə seçilən, və beynəlxalq səviyyədə əhəmiyyətli və müstəsna töhfələr bəxş etmiş nümunəvi liderliyi qiymətləndirmək məqsədilə təltif olunur.
Qlobal Liderlik və İdarəçilik nominasiya üzrə qalibimiz Cənab Samir Novruzovdur.
Samir Novruzov idarəçilik konsaltinqi üzrə fəaliyyət göstərən Management Consulting Group-un təsisçisi və baş icraçı direktorudur. Birləşmiş Krallıq İdarəçilik İnstitutunun, ABŞ-nin İctimai Siyasi Münasibətlər və İdarəçilik üzrə Qlobal Şərəf Cəmiyyətinin fəxri üzvüdür. Biznesin inkişafı və təchizat zəncirinin idarə edilməsi sahələrində təşkilati səmərəliliyin və effektivliyin artırılması, xüsusən də rəqabət üstünlüyü üçün mürəkkəb təchizat zəncirlərinin naviqasiyasında və optimallaşdırılmasında uğurlu təcrübəyə sahibdir. Birləşmiş Krallığın Kardif Universitetinin MBA, ABŞ-nin Merilənd Universitetinin Publik və Dövlət İdarəçiliyi üzrə Master dərəcələrini fərqlənmə diplomları ilə bitirmişdir. Merilənd Universitetində bakalavr səviyyəsində Layihələrin İdarəolunması, master səviyyəsində İdarəçilik Konsaltinqi, Liderlik və Təşkilati Davranış, Qlobal Biznesdə Biznes Etiketi və Mədəniyyəti sahələrinin tədrisi ilə məşğul olmuş, Anadolu Universitetində eyni sahələrə aid mövzularda seminarlar təşkil etmişdir. İdarəçilik və Liderlik barədə məqalələri Management Consulting Journal, Open Journal Business and Management, Open Journal of Leadership kimi beynəlxalq elmi jurnallarda dərc olunub. 2022-ci ildə ABŞ-nin Merilənd Universitetinin İctimai Siyasi Elmlər Məktəbinin tam təhsil haqqı və xərclərini qarşılayan “Dean’s Fellowship Award” ali mükafatına layiq görülmüşdür. 2024-cü ildə Merilənd Universiteti İctimai Siyasi Elmlər Məktəbinin İdarəçilik Proqramları tərəfindən Beynəlxalq İdarəçilik Konsaltinqi və İdarəçilik sahələri üzrə müstəsna xidmətləri və dəyərli töhfələrinə görə Təqdir Mükafatı ilə təltif olunmuşdur.
Lider İş Adamı nominasiyasının qalibi
Cemal Yanğın
Lider İş Adamı Mükafatı Anadolu Universiteti tərəfindən fərdi nailiyyətlərə görə təqdim olunan ali mükafatdır. Bu mükafat Biznes və Sahibkarlıq sahəsinin inkişafında üstün xidmətləri ilə seçilən və beynəlxalq səviyyədə əhəmiyyətli və müstəsna töhfələr bəxş etmiş nümunəvi liderliyi qiymətləndirmək məqsədilə təltif olunur.
Lider İş Adamı nominasiyası üzrə qalibimiz Cənab Cemal Yanğındır.
Cemal Yanğın 1994-cü ildə Azərbaycanda İstanbul Çarşı İmport Export LTD Şirkətini qurmuşdur. Şirkət fəaliyyət göstərdiyi 30 ildə Cemal Yanğının rəhbərliyi altında dövlət sifarişi ilə həyata keçirilən bir çox önəmli layihələri uğurla yerinə yetirmişdir.
Cemal Yanğın həmçinin 2004-cü ildə Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) qeyri hökumət təşkilatının qurulmasının təşəbbüskarlarından olmuş və 2004-2012 ci illərdə ATİB İdarə Heyəti sədrinin birinci müavini, 2012-ci ildən 2023 ilin 9 dekabr tarixinədək ATİB-in idarə heyətinin sədri vəzifəsində fəaliyyət göstərmişdir. Azərbaycanda fəaliyyət göstərən Türkiyə şirkətlərini və Azərbaycan şirkətlərini bir araya gətirən ATİB-in rəhbəri olaraq da bir çox sosial-iqtisadi layihələrin həyata keçirilməsinə rəhbərlik etmişdir.
Cemal Yanğın 2014- cü ildən etibarən Türkiyə Cumhuriyyetinin Xarici İqdisadi Əlaqələr Şurasının (Dış Ekonomik İlişgiler Kurulu-DEİK) üzvü və DEİK-in Gürcüstan, Azərbaycan üzrə İş Şurasının sədri vəzifələrini uğurla icra etmişdir.
Sülh Lideri nominasiyasının qalibi
Hulusi Kılıç
Sülh Lideri Mükafatı Anadolu Universiteti tərəfindən fərdi nailiyyətlərə görə təqdim olunan ali mükafatdır. Bu mükafat Beynəlxalq Əlaqələr və Diplomatiya sahələrində sülhün təşfiqində üstün xidmətləri ilə seçilən, beynəlxalq səviyyədə əhəmiyyətli və müstəsna töhfələr bəxş etmiş nümunəvi liderliyi qiymətləndirmək məqsədilə təltif olunur.
Sülh Lideri nominasiyası üzrə qalibimiz Cənab Hulusi Kılıçdır. Türkiye Cumhuriyyeti (TC) Rəşadiyə Liseyini və Hacettepe Universitetinin Ədəbiyyat fakültəsinin Fransız dili və Ədəbiyyatı bölməsini bitirib. Həmin kafedrada magistratura pilləsini də bitirmişdir. Daha sonra isə Strasburq Universitetinin Siyasi Elmlər fakültəsinin Beynəlxalq Əlaqələr ixtisasını bitirmişdir. Okan Universitetinin fəxri elmi üzvüdür. 1977-ci ildə TC Xarici İşlər Nazirliyi İnsan Resursları idarəsində namizəd idarəçi məmur olaraq çalışmışdır. 1978-ci ildə TC-nin Strasburq konsulluğunda dəftərxana məmuru, Çox Tərəfli Münasibətlər Müdirliyində məmur, 1985-ci ildə TC-nin Əlcəzairdəki səfirliyində III katib, 1988-ci ildə TC-nin Bolqarıstan səfirliyində II katib kimi vəzifələrdə çalışmışdır. Müxtəlif vəzifələrdə çalışdıqdan sonra 2000–2005-ci illərdə, TC-nin Suriyanın Hələb şəhərindəki Baş Konsulu təyin olunmuşdur. 2005-ci ildə TC Protokol Müdir İdarəsində səfir kimi sədr köməkçisi kimi çalışmışdır və mart, 2008-ci ildən, 2012-ci il, sentyabr ayına kimi TC-nin Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri olmuşdur. 2012-ci ildən isə TC Xarici İşlər Nazirliyində Afrika üzrə İkili Siyasi İşlər Müdirliyi vəzifəsində çalışmaqda idi, lakin 2015-ci ilin fevral ayında, Türkiye Böyük Millət Məclisində seçkilərdə iştirak etmək üçün vəzifəsindən istefa verdi, yalnız seçilə bilmədikdən sonra yenidən əvvəlki vəzifəsinə geri döndü. 2012–2016-cı illərdə TC Xarici İşlər Nazirliyində Afrika Məsələləri Ümumi Müdiri kimi çalışmışdır. Cənab Kılıç 15 sentyabr 2016-cı il - 31 yanvar 2018-ci il tarixləri arasında Türkiye Cumhuriyyetinin Moldova Respublikasındakı səfiri vəzifəsində çalışıb, sonra təqaüdə çıxıb.
Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 2012-ci il Sərəncamı ilə Azərbaycan Respublikasının Türkiyə Respublikası ilə dövlətlərarası əlaqələrinin inkişafı və möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Hulusi Kılıç "Dostluq" ordeni ilə təltif edilib. 2018-ci ilin fevral ayının 2-də Moldova Respublikasının Prezidenti tərəfindən Şərəf Ordeni ilə mükafatlandırılmışdır.
2018-ci ilin fevral ayının 23-də Qaqauziya başqanı İrina Vlax tərəfindən Qaqauziya Muxtar Bölgəsinin ən yüksək ordeni ilə təltif edilmişdir.
Səfir Kılıç Türk Ağsaqqalları Birliyinin Türkiyə və Türk dünyası üzrə həmsədri, “İMZA” İctimai Birliyinin Türkiyə təmsilçisidir. O, həmçinin müstəqil üzv kimi “Petkim” Petrokimya Hoding A.Ş.-nin idarə heyətinin üzvü olub.
İnnovasiyalar üzrə Liderlik nominasiyasının qalibi
İlham Əhmədov
İnnovasiyalar üzrə Liderlik Mükafatı Anadolu Universiteti tərəfindən fərdi nailiyyətlərə görə təqdim olunan ali mükafatdır. Bu mükafat ali təhsil və sənaye müəssisələrində innovasiyaların təşviqində üstün xidmətləri ilə seçilən, və beynəlxalq səviyyədə əhəmiyyətli və müstəsna töhfələr bəxş etmiş liderliyi qiymətləndirmək məqsədilə təltif olunur.
İnnovasiyalar üzrə Liderlik nominasiyası üzrə qalibimiz Dosent İlham Əhmədovdur. 1986-cı ildən pedaqoji elmlər namizədidir. 1988-1993-ciillərdəAzərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) gənc alimlər şurasının sədridir. Azərbaycan Respublikasında və xarici ölkələrdə beynəlxalq konfranslardaməruzələrlə çıxış etmiş, 150-dən çox elmi-metodik məqaləsi dərc olunmuşdur. 2010-2017- cü illərdə, müxtəlif vaxtlarda, Türkiye Cumhiriyyeti Anadolu Universitetinin, Rusiya Federasiyası “Müasir Humanitar Akademiya” və “Sinergiya” universitetlərinin Distant Təhsil bölümünün Azərbaycan Proqramlarında elmi məsləhətçi olmuşdur. 2011-ci ildə Təhsilin İnkişafı Beynəlxalq Fondun xətti ilə Qazaxstan Respublikası Pavlodar Dövlət Universitetində professor-müəllim heyəti və magistrlar üçün təhsilin müasir problemlərinə (“İnnovasion Universitetlər”, “Universitetin İnformatlaşması”, “Smart təhsil”, “Universitetlərin strateji idarəedilməsi” və s.) dair silsilə mühazirələr oxumuşdur. 2010-2013-cü illərdəYUNESCO-nun “Təhsildə İKT” İnstitutunun (Moskva ş.) Azərbaycan üzrə milli eksperti kimi fəaliyyət göstərmiş, bu İnstitutun təşkil etdiyi beynəlxalq konfranslarda 5 dəfə (Moskva ş. və Sankt-Peterburq ş.) təhsilin informatlaşması məsələlərinə dair məruzələr vermişdir. 2007-2008-ci illərdə ADPU-da pedaqoji elmlər üzrə dissertasiya müdafiə şurasının üzvü, şuranın elmi katibi olmuşdur. 30-dan artıq sosial, təhsil və İKT yönümlü (o cümlədən, ADPU-nun universitetdaxili) layihələrdə rəhbər, məsləhətçi, ekspert və təlimçi olmuşdur. 2011-ci ildə elm və təhsil sahəsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Tərəqqi” medalı ilə, daha sonra Azərbacan Respublikası Təhsil nazirinin əmri ilə “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir. 2007-ci ildə “ADPU – da “VTS TEST” elektron imtahan sisteminin yaradılması layihəsi”nə uğurlarəhbərlik xidmətlərinə görə ADPU tərəfindən pul şəklində mükafatla təltif edilmişdir. Təhsil Nazirliyinin təsis etdiyi “Azərbaycan Məktəbi” jurnalının, ADPU-nun nəşr etdiyi “Təhsildə İKT” jurnalının redaksiya şurasının üzvüdür. Təhsilin informatlaşması, distant təhsil, təhsil innovasiyalarının yaradılması və idarəedilməsi, ali təhsilin inkişafproblemlərinə dair 120-dən artıq elmi-metodik məqaləsi Respublikada və xarici ölkələrdə (Türkiyə və MDB-də) dərc edilmişdir. 2017-ci ildəAzərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun qrantı hesabına reallaşan “Gənclərin İT yönümlü peşələrə istiqamətləndirilməsi” və 2023-cü ildə Azərbaycan Respublikası QHT- lərə Dövlət Dəstəyi Agentliyinin qrantı hesabına reallaşan «Milli universitetlərimizin tədqiqat və innovativ fəaliyyət modelinin tədqiqi” və sairə təhsil layihələrində layihə rəhbəri olmuşdur. 2023-cü ilə Azərbaycan Respublikası KOBİA Agentliyinin “KOB-ların innovativ fəaliyyəti üzrə beynəlxalq təcrübənin öyrənilməsi və tövsiyyələrin hazırlanması“ Fərdi Qrantına layiq görülmüşdür.