Hava Yolları Menecmenti (Havacılık Yönetimi) bakalavr Proqramının məqsədi, bütün aviasiya sahələrində fəaliyyət göstərən aviasiya şirkətlərində (aviaşirkətlər, aeroport, yerüstü xidmətləri, kargo, iaşə və s.) marketinq, mühasibat uçotu, maliyyə, uçuş əməliyyatları, keyfiyyət, təhlükəsizliyin təmin olunması kimi funksional alt şöbələrdə işləyə bilən kadrlar hazırlamaqdır.
Bundan əlavə, yuxarıda sadalanan sahələrdə hazırda çalışan işçilərin səmərəliliyini və məhsuldarlığını artırmaq məqsədi də daşıyır.
Hava nəqliyyatının əhəmiyyəti İkinci Dünya Müharibəsindən sonra daha çox anlaşılmağa başladı. Bu gün isə hava nəqliyyatı ən sürətlə inkişaf edən sahələrdən biridir.
Hava nəqliyyatı fəaliyyətlərindən gözlənilən faydanın təmini, aviasiya sisteminin təhlükəsiz, etibarlı, effektiv və səmərəli işləməsindən asılıdır.
Aviasiya, sürətlə inkişaf edən iqtisadi fəaliyyət sahəsi olmaqla bərabər, qabaqcıl texnologiyaların da intensiv istifadəsini tələb edir.
Fəaliyyətlərini "öncə təhlükəsizlik" prinsipi ilə yerinə yetirilməsini təmin etmək üçün bu sektorda çalışan işçilərin ixtisaslı təlim almaları olduqca vacibdir. Proqram, uzaqdan təhsil metodu ilə, həyatın bütün sahələrində aviasiya ilə maraqlanan geniş kütlələrə yuxarıda sadalanan ixtisasların verilməsini hədəfləyən kursları çatdıraraq təhsil alma imkanları təqdim edir.